Newscenter.az.6.12.2021. Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadə biznesini sürətli şəkildə Avropaya köçürür.
Newscenter.az-ın araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən verdiyi xəbərə görə, Əhməd Əhmədzadənin biznesinin Avropaya köçürülməsi prosesi ilə onun oğlu, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun kürəkəni oolan Cümə Əhmədzadə məşğul olur.
Cavanşir Həsənli bildirib ki, Cümə Əhmədzadənin Azərbaycan, Türkiyə, İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var.. Bu günlərdə isə Cümə Əhmədzadə Çexiyada 3-cü şirkətini açıb.
"Cümə Əhmədzadə bir neçə gün əvvəl, daha dəqiqi dekabrın 1-də Çexiyanın Budyonovsk Regional Məhkəməsində RESORT HURKA S.R.O şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki, ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də Resort Hůrka s.r.o.-ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir".