Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Rəşad Nəbiyevdən Prezidentə TƏŞƏKKÜR



Newscenter.az.6.12.2021. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi və “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncamlar imzalayıb. Cənab Prezidentə sahə əməkdaşlarına göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk".

Newscenter.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün facebook sosial şəbəkə hesabında paylaşıb. Nazir daha sonra bunları qeyd edib:

"Təltif edilən və fəxri ad verilən əməkdaşların simasında bütün rabitə və informasiya texnologiyaları sahəsi işçilərini peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram".

Sevinc
Xəbəri paylaş