Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlər Heydər Əliyev irsini tamamlayır



Newscenter.az.6.12.2021. Ulu öndər Heydər Əliyevin uğurlu inkişaf strategiyası haqqında Prezident İlham Əliyev belə söyləmişdir. Müstəqillik qazanan Azərbaycan keçid dövründə mövcud olan çətinliklərin öhdəsindən məharətlə gəlib.Azərbaycanın inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin zəngin irsi dövlətçiliyimizin tərəqqisi naminə xalqımız üçün böyük qürur mənbəyidir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982 və 1993-2003) hər zaman Azərbaycanın milli maraqlarını uca tutmuşdur. Bundan sonra iqtisadi inkişaf yoluna qədəm qoyan dövlətimizdə bir-birinin ardınca genişmiqyaslı layihələr gerçəkləşdirilib ki, bu da Azərbaycanın inkişaf strategiyasında öz bəhrəsini göstərib.2003 cü ildən başlayaraq Azərbaycanın xilaskarı Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyev milli maraqlara əsaslanan müdrik siyasəti nəticəsində iqtisadi inkişaf potensialına görə dünyada lider mövqeyindədir. Sözlə əməlin vəhdətinə əsaslanan, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir.

Regionun yeni siyasi-iqtisadi reallığından söz açarkən ilk növbədə 2004-cü ildən bəri ölkəmizin bütün bölgələrində həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla davam etdirilməsindən bəhs etmək yerinə düşər. Çünki ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastrukrur layihələr uğurla icra edilmiş, vətəndaşların həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə müasir kommunal xidmət sahələrində yeniliklər tətbiq edilmişdir. Bu cür layihələrin sahəsi genişləndirilməkdə davam etdirilir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur.

2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı.Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü oldu. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verdi.Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.

Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşdı. Nəinki Azərbaycan xalqına bütün dünyaya məlum oldu ki,düşmən torpaqlarımızı işğal altında saxlayarkən demək olar ki, bütün əraziləri darmadağın etmiş, buralarda insanın həyat sürməsi üçün heç bir iz buraxmamışdır. İşğaldan azad edilən torpaqlarda tikili inzibati binalar, təhsil və tərbiyə ocaqları, mədəniyyət, səhiyyə müəssisələri ümumilikdə bütün kənd, rayon, şəhər tamamilə xarabalığa çevrilmişdi.

Bundan sonra dövlətimizin başçısı müraciət və çıxışlarında dəfələrlə bəyan etdi ki, düşmənin darmadağın etdiyi ərazilərimizi abadlaşdırıb, torpaqlarımızın gülüstana çevirmək Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdəndir.

Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər kifayət qədər çoxşaxəlidir. Azərbaycan yeni dəhliz layihələrini ortaya qoyub, azad edilən şəhər, kənd və qəsəbələrin bərpası istiqamətində atılan konkret addımlar və digər xüsusi əhəmiyyət kəsb edən amillər ölkəmizin beynəlxalq investorlar üçün cəlbediciliyini daha da artırıb. İşğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımız, erməni vandalları tərəfindən dağıdılmış ərazilər uğurlu şəkildə bərpa olunur, Böyük Qayıdış planı öz axarı ilə gedir.

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlədi. Sənəddə hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyi bildirilib, eyni zamanda, həmin ərazilərin zəngin iqtisadi potensialından səmərəli istifadə etməklə düşməndən təmizlənən rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasının şərtləndiyi diqqətə çatdırılıb. Xatırladım ki, sözügedən Fərmanla Azərbaycanda 10 iqtisadi rayonun hazırda 14-ə çatdırılması təbii ki, Vətən müharibəsində parlaq Qələbə ilə torpaqların işğaldan azad edilməsindən irəli gəlir. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması da bunun bariz ifadəsidir. Bu, həm də o deməkdir ki, Azərbaycan iqtisadiyyatı bundan sonra bir neçə dəfə böyüyür, iqtisadiyyatın regional və sektoral strukturu dəyişir, habelə Qarabağ iqtisadiyyatı dövriyyəyə qayıdır.

Qarabağın işğaldan azad olunmasından sonra aparılan infrastruktur quruculuğu layihələrindən olan hava limanları nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artırdı. Artıq Füzulidə, Zəngilanda və Laçında üç hava limanı inşa edilibki, bu ilin sentyabr ayında istifadəyə verilən Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul etməyə tam hazırdır.Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də turistlərin daha sərfəli və qısa yolla birbaşa işğaldan azad olunan ərazilərimizə səfər etməsinə şəraiti yaradılıb. Bu isə işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət mənada böyük təsir göstərərək turizm sektorunun inkişafına böyük təkan verəcək.
Digər tərəfdən Ağdam şəhəri Baş Plana uyğun olaraq yenidən qurulur. Bu ilin aprel ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan birinci "Ağıllı kənd" pilot layihəsində nəzərdə tutulan işlər sürətlə davam edir.Azərbaycan bütün bu işləri, xərcləri öz hesabına edir. Xarici şirkətlər podratçı kimi dəvət edilir.

Qarabağda inşa olunan yeni yollar bölgənin yenidən qurulması istiqamətində atılan addımların tərkib hissəsi olmaqla yanaşı, həm də Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir. Region ölkələrini birləşdirəcək dəhlizlərin açılması və bu istiqamətdə inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və tranzit əhəmiyyətini artıracaq.

Azərbaycanın inkişaf yolunda inamla irəliləməsinin digər bir səbəbi də xalqın dövlətimizin başçısına olan etimadıdır. Daim Prezidentimizə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı ötən il Vətən müharibəsi zamanı daha böyük birlik nümayiş edirərək qələbəmizin qazanılmasına töhfələrini verdilər. Qalib Sərkərdənin, Qalib dövlətin qalib xalqı təbii ki, iqtisadi inkişaf yolunda bundan sonra da uğurlara nail olacaq, prezidentimizin rəhbərliyi ilə möhtəşəm proqramların həyata keçirilməsinin şahidi olacağıq.

Bu gün yüksək təfəkkür, zəngin dövlətçilik təcrübəsinə malik, praqmatik lider Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlər Heydər Əliyev irsini tamamlayır və dayanıqlı inkişafa doğru aparır.

Aygül Bağırova
YAP fəalı
Xəbəri paylaş