Newscenter.az.6.12.2021. “Gələn ilin fevralında geniştərkibli nümayəndə heyəti ilə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyəm”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-da Qətərə səfəri öncəsi verdiyi açıqlamada bildirib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin-Zayed əl-Nahyan noyabrın 24-də Türkiyədə səfərdə olub.