Newscenter.az.6.12.2021. "Ölkə Prezidentinin 2 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən, hər il dekabr ayının 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu il isə xüsusilə əlmatədardır. Azərbaycanda telefon rabitəsinin yaranmasından 140 il ötür. Yubiley və peşə bayramı münasibətilə bütün rabitəçiləri səmimi-qəlbdən təbrik edir, müstəqil Azərbaycanımızın tərəqqisi naminə şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov səsləndirib. Nazir müavini bildirib ki, ölkəmizdə rabitə sahəsi böyük bir tarixi inkişaf yolu keçib:
"Son illər isə bu sahədə meqa layihələrin icrasına start verilib. İnanırıq ki, üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcək və daha da uğurlu işlərə birgə imza atacağıq!".
Sevinc