Newscenter.az.6.12.2021. Son günlər Tofiq Yaqublu bəzi şəxslər üçün öz çirkin niyyətlərini həyata keçirmək üçün siyasi layihə halına gəlib. Baş verənlər onu göstərir ki, 5-ci kolon hələ də öz çirkin planlarını həyata keçirməyə cəhd edir, ölkəmizdə tarixi Zəfərdən sonra daha da geniş vüsət alan demokratik islahatlar kursuna xələl gətirmək üçün hakimiyyətdaxili bəzi xəyanətkar şəxslərlə bir ssenari qururlar.
Əlbəttə ki, şəhidlərin dəfn olunduğu gün icazəsiz mitinqin keçirilməsi hüquqi-mənəvi baxımdan heç cür düzgün deyildi, mitinqin təşkilatçıları belə bir hüzn günündə ikrahdoğuran hərəkətləri ilə növbəti dəfə milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sayğısız və milli hisslərdən uzaq olduqlarının sübut etdilər. Bu, ən azından şəhidlərimizin ruhuna hörmətsizlik, xəyanət idi. Eyni zamanda, bu cür hərəkətlər dövlətçiliyi, sabitliyi, milli mənafeyi hər şeydən uca tutuan Vətən qazilərinin adına da xələl gətirir.
Dövlətin və polisin, bütün ölkə ictimaiyyətinin kədər və hüzr içində şəhidlərimizin ruhuna dualar oxuduğu bir vaxtda şəhərin ən mərkəzi ünvanlarından birində səs-küylə, azğın bir emosiyalarla hərəkət etməyin adı nədir?
Sizcə, bu cür xoşagəlməz və xalqın ümummilli kədərinə ləkə salan dağıdıcı hərəkətlər edən qüvvələr bu hadisələrin qanqaraldıcı bir tərzdə bitəcəyini bilmirdilərmi? Bilirdilər.
Məqsədli olaraq təxribatlara çəkmək istədikləri polislərin asayişi qoruyankən qanunauyğun addımlar atdığı halda belə kiçiki insidentin yaranacağını gözləmirdilərmi? Gözləyirdilər?
Demək bütün bunları əvvəlcədən tərtib edən qüvvələrin bir planı vardı – güclənən və demokratik imici möhkəmlənən Azərbaycanın adına ləkə gətirmək.
Həmin gün həm də 30 illik həsrətdən sonra Ali Baş Komandanın və Müzəffər Ordumuzun erməni təcavüzündən Laçının işğaldan azd edilməsinin ildönümü idi. Belə bir gündə bu təxribatı hazırlayanlar laçınlıların və xalqımızın Qələbə əhval-ruhiyyəsini də gözdən salmağa çalışdılar.
Məlumdur ki, erməni diasporu və anti-milli qüvvələr dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Ermənistanın dövlət başçılarının görüşü ərəfəsində ölkəmizin imicinə xələl gətirmək üçün hər cür iyrənc vasitələrə əl atırlar. Əlbəttə bu cür xırda oyunlar qalib dövlətin Ali Baş Komandanı Cənab İlham Əliyevin qətiyyətli prinsipial mövqeyini heç cür zəiflədə bilməz.
Heç kimdə şübhə ola bilməz ki, 1 dekabrda baş verənlərin obyektiv bə ədalətlə tədqiq olunacaq və hər şey ortaya çıxacaq, bu təxribatı hazırlayanlar, arxasında dayananalar və kimlərin sifarişi ilə idarə olunması, hətta Yaqublunun döyülməsindən hansı məqsədlər üçün istifadə edilməsi və bütün motivlər araşdırılacaq. Həmin hadisədən dərhal sonra Əli Kərimov, Əli İnsanov kimi yaramazların təmtəraqlı şou düzəltməsi də artıq gizli mətləblərin üzə çıxması üçün kifayət edir. Əli Kərimli vaxtilə onu ən ağır söyüşlərlə təhqir edən Əli İnsanovun nalayiq şəxsiyyətinə hörmətlə yanaşır. Demək onlar üçü milli dəyər, ləyaqət, şəxsiyyət kimi anlayışlar da yoxdur. Bu adamlar üçün Qarabağ qazisi anlayışı da saxtadır, qazidən onlar özlərinin hər cür məqsədləri naminə istifadə etməyə hazırdırlar.
Və Yaqubludan istifadə edərək onun arxasında gizlənənlərin, Avropanın dirijor çubuğu ilə əyilib-oturan milli xəyanətkarların qrant naminə dövləti, milli maraqları satmağa necə hazır olduqları də bəlli olacaq.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor