Newscenter.az.6.12.2021. akıda mənzildə kişi meyiti aşkarlanıb.
Bu barədə Newscenter.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Həsənov İlqar Salamat oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.