Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda NATO-nun təlim kursları başlayıb



Newscenter.az.7.12.2021. Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N hərbi hissəsində Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə "Aviasiya əməliyyatları" mövzusunda təlim kursu başlayıb.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Kurs müddətində HHQ müvafiq bölmələrinin fəaliyyətlərinin ƏİK standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Kurs dekabrın 9-dək davam edəcək.
Xəbəri paylaş