Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FHN-nin polkovnikinə cinayət işi açılıb



Newscenter.az.7.12.2021. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Quba rayonunda yerləşən N saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Azər Əliyev tanınır.

E.Nəzərovun cinayət işi üzrə ibtidai istintaqı artıq yekunlaşdırılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş hakim Aslan Kalbalıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 10-na təyin edilib.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yayıb.
Xəbəri paylaş