Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırda əsas hədəfimiz Qarabağın tez bir zamanda dirçəlişinə nail olmaqdır



Newscenter.az.7.12.2021. Biz bir ölkə olaraq ermənilərə qalib gələ bildik. Təsəvvür edin ki, Azərbaycan özünün güc mövqeyindən istifadə edərək Ermənistanı mina xəritələrini verməyə məcbur etdi. Ermənistan tərəfinin azad olunan digər ərazilərin də mina xəritələrini Azərbaycana təqdim etməsi bunun əyani sübutudur.

Azərbaycan öz həyata keçirdiyi strateji diplomatiyası sayəsində Ermənistana mina xəritələri ilə bağlı başqa bir seçim imkanı qoymadı. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməyə razı olması, daha doğrusunu desək minalanmış ərazilərin xəritələrinin bizim ölkəmizə verməsi məcburiyyətində qalması Prezident İlham Əliyevin növbəti böyük nailiyyətidir.

Azərbaycan Ermənistana siyasi-diplomatik arenada təzyiqlər etməsəydi, İrəvan xoşluqla minalı ərazilərin xəritələrini bizə verməyəcəkdi. Prezident İlham Əliyevin mükəmməl diplomatik gedişi və prinsipal siyasəti İrəvanı bu məsələdə geri addım atmağa məcbur etdi.

İndi ölkəmizin ən böyük məqsədi və hal-hazırda əsas hədəfimiz Qarabağın tez bir zamanda dirçəlişinə nail olmaqdır. Bunun üçün isə ərazinin minalardan təmizlənməsi fövqəladə dərəcədə əhəmiyyət kəsb edən məsələdir. Çünki mina xəritələrini əldə edə bilməsək, proses 10 illərlə uzana və Böyük Qayıdış arzumuzun gerçəkləşməsi xeyli zaman tələb edə bilərdi. Bu baxımdan, 10 nəfər erməninin qarşı tərəfə təhvil verilməsinin müqabilində minalanmış ərazilərin dəqiq xəritəsini əldə etmişiksə, bu, böyük nailiyyət kimi dəyərləndirilməlidir.

Buna dəqiq əmin olmaq lazımdır ki, mina xəritələrinin əldə edilməsi 10 minlərlə vətəndaşımızın, minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək, azad olunmuş torpaqlarımızda yenidənqurma işlərini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Əkrəm Həsənov-ilahiyyat üzrə fəlsəfə doktoru
Xəbəri paylaş