Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Gürcüstanda sərgi keçiriləcək



Newscenter.az.7.12.2021. Dekabrın 8-də Gürcüstan Milli Muzeyində Ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərginin rəsmi açılış mərasimi olacaq.

Newscenter.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev iştirak edəcək.

Sərgi Gürcüstan Milli Muzeyinin əsas zalında cari il dekabrın 15-dək ziyarətçilərə açıq olacaqdır.

Arzu
Xəbəri paylaş