Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəmaləddin Heydərovun yaxınlarının da şirkətləri BAĞLANIR



Newscenter.az.7.12.2021. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının Azərbaycanın daxilində və xarici ölkələrdəki biznesi ilə yanaşı, onun yaxın qohumlarının da biznes şəbəkəsi çökür.
Kəmaləddin Heydərovun yaxınlarının da şirkətləri BAĞLANIR

Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən xəbər verir ki, sıra FHN şefinin övladlarından sonra nazirin bacısı qızı Leyla Şahbazovaya çatıb. Cavanşir Həsənlinin verdiyi məlumata görə, adıçəkilən şəxsin 3 il əvvəl Londonda təsis etdiyi ROSE PEARL LTD şirkətinin fəaliyyətinə xitam verib. Jurnalist qeyd edib ki, adıçəkilən şirkət bu ilin iyul iyul ayında fəaliyyətini dayandırıb.

"Leyla Şahbazova keçmiş Vergilər Nazirliyinin İnsan resursları departamentinin sabiq baş direktoru Faiq Şahbazovun qızıdır".

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq



NEWSCENTER.AZ
Xəbəri paylaş