Newscenter.az.7.12.2021. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri öncəsi jurnalsitlər üçün keçirdiyi mətbuat konfransında Cənubi Kiprdə Lamaka məscidinə edilən hücuma da münasibət bildirib.
Newscenter.az-ın xəbərinə görə, Türkiyə prezidenti Lamaka məscidinə edilən hücumdan təəssüfləndiyini qeyd edib:
«Təbii ki, Yunan Kiprində məscidlərimizə qarşı olan hücumsuz cavabsız, qarşılıqsız qalmayacaq. Dini məbədlərimizə qarşı bu cür təxribatlara getməyin. Məbədlərimizə qarşı təxribat əməllərinizin bədəlini çox ağır şəlkildə ödəyəcəksiniz».
Ərdoğan bildirib ki, Cənubi Kiprdə 6 məscid mövcuddur və onların təhlükəsizliyinə, mühafizəsinə Cənubi Kipr hökuməti cavabdehdir:
«Necə ki, biz onların dini ibadət yerlərini qoruyub mühafizə edirik, eyni ilə onlar da bizim məscidləri mühafizə etməlidirlər»
Mehman