Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tofiq Yaqublunu kim döyüb!

Tofiq Yaqublunu kim döyüb!


Newscenter.az.7.12.2021. Məlum olduğu kimi, müxalifət funksioneri Tofiq Yaqublunun döyülməsi məsələsi neçə gündür ki, bizim xəbər məkanını zəbt edir. Hətta deyərdim ki, bu məsələ həddindən artıq şişirdilir. Təbii ki, burda obyektiv və subyektiv səbəblər var.

Düşünürəm ki, əsas obyektiv səbəb hüquq-muqhafizə orqanlarının mətbuatla həddindən artıq ləng işləməsidir. Qaraheybətdə baş verən helikopter faciəsi bunu bir daha göstərdi. Faciə Azərbaycanda və az qala, bütün dünyadü əsas xəbərlərdən birinə çevrilmişdi, ölənlərin siyahısı artıq sosial şəbəkələrdə dərc edilmişdi. Amma Sərhəd Xidməti bu barədə rəsmi məlumat verməyə tələsmirdi. Bu da müxtəlif şaiyələrin yayılmasına imkan verirdi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu müvafiq qurumun mətbuat xidmətinin günahı deyildi. Mətbuat xidmətləri xəbəri göydən götürmür, rəhbərliyin verdiyi məlumatı xəbər şəklində mətbuata ötürür.

Tofiq Yaqublu məsələsində də belədir. Artıq hadisədən az qala bir həftə keçir. Amma məsələyə aydınlıq gətirən dəqiq bir məlumat yoxdur. Əgər, müxalifət funksioneri polisdə döyülübsə, hadisəni törədən(lər) aşkar olunmalı və cəzalanmalıdır. Düşünürəm ki, rəsmi açıqlamaya baxmayaraq, bu versiyanın tam istisna etmək olmaz. Ən azı, Yaqublu ilə hər hansı polis əməkdaşı arasında mübahisə, ya münaqişə baş verə və məlum sonluqla nəticələnə bilərdi. Qeyd etmək lazımdır ki, onun üz-gözündə xəsarət izlərinin olması da bunu göstərir. Polisdə peşəkarlar işləyir, ona qəsdən fiziki təzyiq göstərmək istəsəydilər, bunu izsiz edərdilər. Yox əgər, Yaqubluya Polis bölməsindən kənarda fiziki təzyiq edilibsə (bütün versiyalar işlənməlidir!), günühkarlar dərhal tapılmalı və cəmiyyət məlumatlandırılmalıdır.

Tofiq Yaqublu məsələsinin şişirdilməsinə gəlincə, bu, xaricdə yaşayan məlum mətbuat quzğunları üçün lap göydəndüşmə oldu. Aylardır ki, “ağızlarına” xəbər düşmürdü, indi ikisi birdən düşüb. Az qala, Qaraheybət olayının da qəsdən törədildiyini yazırlar. Ay adamlar, vicdan cəhənnəmə, adamın bir insafı olar? Qeyd etmək lazımdır ki, Tofiq Yaqublu özü də hadisənin araşdırılmasında, günahkarların tapılmasında yox, şişirdilməsində, populyarlıq gətirməsində maraqlı görünür. Adam deyir ki, məni döyəndən sonra şəklimi çəkdilər və harasa göndərdilər. Sonra isə dedilər ki, şəkil “müsabiqədən” keçmədi, “əlavə” etmək lazımdır. Və bütün bunlar Tofiq Yaqublunun gözü və qulağı qarşısında baş verir. Gülməli yalan deyilmi, bunu danışmaq ayıb deyilmi?!

Qalib ARİF
Xəbəri paylaş