Newscenter.az.7.12.2021. Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri Konsulluğunun dəstəyi ilə “Xarı Bül-bül” mədəni-təhsil mərkəzinin tədris proqramı genişləndirilməkdədir.
Newscenter.az xəbər verir ki, bazar günü məktəbinin şagirtləri və valideyinləri ilə görüşən Azərbaycanın fəxri konsulu Əfqan Salmanov konsulluğun Azərbaycan mədəniyyətinin, dilinin və adət-ənənələrinin geniş yayılması, xüsusəndə həmvətənlərin milli köklərdən qopmaması üçün bütün dəstək mexanizmlərini həyata keçirməyə hazır olduğunu bildirib.
Valideyinlərlə Azərbaycanın 44-günlük vətən müharibəsindən sonra əldə etdiyi yeni regional statusu müzakirə edən fəxri konsul Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə toxunuq. Qeyd edib ki, təməli güzgün atılan daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz regional liderə çevrilib.
Geniş müzakirənin nəticəsində bazar günü məktəbində “Azərbaycanın formalaşdırılmasına Ümummilli Liderin rolu ” adlı tədris proqramının həyata keçirilməsi qərara qalındı. Əsas məqsəd Ukrayanda formalaşan Azərbaycanlı uşaqlara ölkənin liderini tanıtmaq və sevdirməkdir. Eyni zamanda fəxri konsulluq diaspora üzvlərinin iştirakı ilə böyüklər üçündə xüsusi kursların həyata keçirilməsini həyata keçirəcək. Bunun əsas məqsədi Azərbaycanda baş verən prosessləri, inkişafı və əldə edilən nəticələri diaspora üzvlərinə dəqiq və dolğun şəkildə çatdırmaq, onlarla vətən arasında bağların möhkəmləndirilməsidir.
Mehman