Newscenter.az.8.12.2021. "Neçə illərdir deyirik və yazırıq ki, bəzi düşmən mərkəzlər, o cümlədən İranın şəbəkələri, ABŞ Dini Azadlıqlar Komissiyasına bağlı olan fondlar Azərbaycan məktəbliləri arasında dezorentasiya yaratmaq üçün təhsil müəssisələrində layihələr icra edirlər".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, illər əvvəl, daha doğrusu Misir Mərdanovun dövründə rüşvətlə xüsusi öyrədilmiş müəllimləri dürtdülər təhsilə:
"İndi də başlayıblar bir müəllim şagirdlərə təriqətin biri barədə, o birilər isə digər təriqət baradə, üçüncüsü qeyri-ənənəvi tərqiətlər barədə dərs prosesində təbliğat aparırlar. Bu layihəni ilk dəfə Suriyada ediblər illər əvvəl. İndi neçə ildir Azərbaycanda icra olunur. Deməkdan və yazmaqdan yorulmuşuq. Bir neçə ildən sönra görün hansı nəsil çıxacaq ortaya. İndi də məktəbdə klip çəkdirməyə başlayıblar".
Mehman