Newscenter.az.8.12.2021. “Hazırda Respublika Narkoloji Mərkəzində 33 788 nəfər qeydiyyatdadır. Onlar narkotik istifadəçiləridir”.
“Report” xəbər verir ki, bunu mərkəzin baş direktoru Orxan Cəfərov deyib.
O qeyd edib ki, qeydiyyatda olanlardan 619-u qadındır: “Yaş qruplarına gəlincə, 15-17 yaşarası 9 nəfər, 18-24 yaşarası 2 242 nəfər, 25-29 yaşarası 5 403 nəfər, 65 yaşdan yuxarı olanların sayı isə 207 nəfər təşkil edir”.
Direktor qeyd edib ki, son zamanlar narkotik istifadəçilərinin sayı artıb.