Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı metrosunda gənc oğlan özünü yandırmağa cəhd edib



Newscenter.az.8.12.2021. Bakı metrosunda gənc oğlan özünü yandırmağa cəhd edib.

"Report"un məlumatına görə, hadisə dekabrın 7-də metronun "Gənclik" stansiyasında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov qatar hərəkət edərkən üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Ərazidə olan şəxslər gəncin özünü yandırmasının qarşısı alınıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş