Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” adlı beynəlxalq videokonfrans keçirilib



Newscenter.az.8.12.2021. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı (DQİDK), Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin dəstəyi ilə dekabrın 7-də “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Newscenter.az xəbər verir ki, konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikasının nümunəvi dövlət-din modelinin, xalqımızın zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərinin, eyni zamanda, uzunmüddətli işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən dağıdılmış və erməniləşdirilmiş, xalqımızın qədim mənəvi irsini əks etdirən dini-mədəni abidələrimizlə bağlı həqiqətlərin beynəlxalq miqyasda tanıdılması və təbliği olub.

Videokonfransda DQİDK-nın sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov, ölkəmizin rəsmi qurumlarının nümayəndələri, Avropa İttifaqı Parlamentinin üzvü, Avropa Xalq Partiyasının Mədəniyyətlərarası və Dinlərarası Dialoq üzrə İşçi Qrupunun həmsədri Yan Olbrixt və Azərbaycan üzrə məruzəçi xanım Zeljana Zovko, həmçinin Azərbaycanda , Avropa Şurası və Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən dini qurumların rəhbərləri, üzvləri iştirak ediblər.

İki hissədən ibarət olmaqla “Qlobal təhlükəsizlik kontekstində dinlərarası və mədəniyyətlərarası dialoqun rolu”, “Tolerantlıq işığında dini və mədəni irsin qorunması” mövzularında təşkil olunan tədbirdə Rusiya Müftilər Şurasının və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Dini İşlər üzrə müşaviri Zeki Yavuzyılmaz, Beynəlxalq Bəhai İcmasının Brüssel Bürosu - Avropa Şurası, Avropa İttifaqı və ATƏT üzrə nümayəndəsi xanım Raşel Bayani, Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri İdarəsinin sədr müavini Arximandrit Filaret Bukekov, Avropa Ravvinləri Konfransının (CER) Prezidenti Baş ravvin Pinças Qoldşmit, Bolqarıstan Respublikası Müsəlman icmasının baş müftisi Mustafa Alış Hacı, “Həyat sözü” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin sədri Kristian Akerhielm, Beynəlxalq Bibliya Cəmiyyətlərinin Baş Koordinatoru Dominik Donzelot beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyi barədə çıxışlar ediblər.

Mehman
Xəbəri paylaş