Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstandan gələn yük avtomobilində narkotik vasitə aşkar edilib



Newscenter.az.8.12.2021. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, üzərində olan gödəkçənin cibindəki sellofan torbadan qablaşdırması ilə birgə ümumi çəkisi 36 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş