Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamal Cəfərov: "Bu cür insanlar üçün milli dəyər yoxdur"



Newscenter.az.8.12.2021. "Atası ermənilər tərəfindən qətlə yetirilən Sevinc Osmanqızı deyir ki, kaş Paşinyan bizim prezident olaydı. Zamanında Cəmil Həsənli də Paşinyanı örnək göstərirdi. Bu bir daha sübut edir ki, bu cür insanlar üçün milli dəyər yoxdur".

Newscenter.az. xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov səsləndirib. Millət vəkili bildirib ki, bəzi müxalifətçilərin də 44 günlük müharibə zamanı imitasiya etdiyi "birlik" də saxta olub:

"Yalnız şəxsi pr xarakterli olub. Başqa nə edə bilərdilər ki? Misal üçün Əli Kərimli 44 günlük müharibə zamanı ordu və ya müharibə ilə bağlı nə müxalifətçilik edə bilərdi? Xalqın dəmir yumruğu başına dəyərdi. O öz xislətini 45-ci gündə göstərdi".

Arzu
Xəbəri paylaş