Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin sədri Türkiyəyə gedib



Newscenter.az.8.12.2021. Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə gəlib.

Newscenter.az. xəbər verir ki, İstanbul Atatürk hava limanında nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TBMM-in Milli Məclislə dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclis sədrinin İƏT Pİ-nin sessiyasında çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Arzu
Xəbəri paylaş