Newscenter.az.8.12.2021. Qənimətlər Parkına görə Azərbaycan xalqını təhqir edən, "Əclaf Azərbaycan silahlı qüvvələri onlara, Dağlıq Qarabağın silahlı birləşmələrinə atəş açırlar", "Ermənistanın Paşinyanı sammitə dəvət olunmalıdır. Bunu deyən mənəm, azərbaycanlıyam..." deyən, Ermənistanın vəkilliyini edən Sevinc Osmanqizi indi də deyir ki, "kaş ki, bizim prezidentimiz Paşinyan olardı..."
Görəsən, bu fikirləri səsləndirən Osmanqızının heysiyyatı haradadır? Azərbaycan xalqına hörmət etməyən Osmanqızının atasına da sevgisi yoxdur? Axı, sübut olunub ki, onun atasını da məhz Paşinyanın aid olduğu ermənilər şəhid ediblər. Bəs, indi nə dəyişib ki, Osmanqızı atasına da arxa çevirir? Paşinyana olan bu sevgi nədən qaynaqlanır? Qrantdanmı, puldanmı? Yəni, Osmanqızı Azərbaycan xalqını da, dövlətini də, atasını da ermənilərə qranta, pula görəmi satdı?
Hər halda "kaş ki, bizim prezidentimiz Paşinyan olardı..." deyən Osmanqızının cavabını Xocalı soyqırımını, 30 ilə yaxın qaçqınçılıq, məcburi köçkünçülük həyatı görmüş, şəhidlər vermiş, qaziyə çevrilmiş Azərbaycan xalqı verəcək...
Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri