Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən gün axtarışda olan 66 nəfər saxlanılıb



Newscenter.az.8.12.2021. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 41 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

Newscenter.az DİN -ə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 66 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıb.

Mehman
Xəbəri paylaş