Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada stabillik məsələsi uzun müddət arxa planda qalacaq



Newscenter.az.8.12.2021. Nəhayət ki, gözlənilən ABŞ prezidenti Jozef Bayden və Rusiya prezidenti Vladimir Putin arasındakı videokonfrans baş tutdu və görüş 2 saat çəkdi.

Əlbəttə ki, burada önəmli olan məsələ görüş zamanı müzakirə edilən məsələlərdir. Görüşdən dərhal sonra Ağ Ev tərəfindən məlumat yayıldı və həmin məlumatda tərəflər arasında müzakirə edilmiş məsələlərin nədən ibarət olduğu qeyd edildi. Ağ evdən gələn açıqlamalar demək olar ki, görüşdən öncə mütəxəssislər tərəfindən təqribən ehtimal edilən mövzularla üst-üstə düşür. Yəni, bu görüşdə tərəflər arasında müzakirə edilən əsas mövzular;

1. Hazırda Rusiya və Ukrayna sərhəddində baş verən hadisələr,
2. Tərəflər arasında 2016- cı ildə ABŞ-da baş tutmuş prezident seçkilərində Rusiyanın seçkilərə müdaxiləsi və kiber təhlükəsizlik məsələləri,
3. İranın nüvə məsələsi və b. oldu.

Demək olar ki, görüşün əvvəldən belə gərgin atmosferdə keçəcəyi hər kəsə məlum idi. Rusiya üçün bu görüşü iki istiqamət üzrə önəmli hesab etmək olar.

1. Ona qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması və bunun nəticəsində iqtisadiyyatın normallaşdırılması,
2. Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaqla sözügedən hərbi alyansın Rusiyanın sərhədlərinə gəlib çıxmasını əngəlləmək.

Fikrimcə, ABŞ-ın da öz maraqları üçün istək və tələbləri vardı və ona görə də görüşdən öncə jurnalis tərəfindən ABŞ prezidenti Jozef Baydendən Rusiya prezidenti Vladimir Putinin işlətdiyi "Ukrayna bizim qırmızı xəttimizdir" ifadəsinə münasibət bildirməsini istədi və Bayden də öz növbəsində heç bir qırmızı xətt tanımadığını bildirdi.

Hər iki tərəfin Ukrayna məsələsində belə dirənc göstərməsi ondan xəbər verir ki, hələ uzun müddət Ukraynada stabillik məsələsi arxa planda qalacaq və ərzisində hələlik separatçı rejimlər fəaliyyət göstərəcək. Eyni zamanda Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyaların tezliklə da aradan qaldırılacağı inandırıcı görsənmir.

Digər tərəfdən burada mövqe və nüfuz mübarisinin getdiyini də demək mümkündür. Ukrayna üçün isə yaxın perspektivdə qarşısında dayanan məsələlərin həllinə nail olması məsələsi o dərəcədə inandırıcı görünmür.

Samir Hümbətov-siyasi ekspert
Xəbəri paylaş