Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"YAŞAT" Fonduna nə qədər vəsait toplanıb?



Newscenter.az.8.12.2021. 7 dekabr 2021-ci il tarixinədək “YAŞAT” Fondunun hesabına 64 930 525.72 AZN vəsait mədaxil olub.

Fonddan Newscenter.az-a bildirilib ki, bu müddət ərzində qeydə alınmış müraciətlər əsasında ölkə ərazisində 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.

Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 433 079.57 təşkil edir.

Sevinc
Xəbəri paylaş