Newscenter.az.9.12.2021. Milli Məclisin deputatı Jalə Əhmədova “Azərbaycan Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyi tərəfindən Fəxri Fərmana layiq görülüb. Newscenter.az xəbər verir ki, millət vəkili bu barədə məlumatı özünün sosial şəbəkə hesablarında paylaşıb.
“Azərbaycan Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyi tərəfindən Fəxri Fərmana layiq görülməyimdən şərəf duydum. Ölkəmizin ərazi bütövlüyü uğrunda misilsiz şücaətlər göstərmiş, Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli ada layiq görülmüş Milli Qəhrəmanlarımız Azərbaycan xalqının qüruru, fəxr etdiyi övladlarıdır. Vətənpərvərliyi, Vətənə sonsuz sevgisi ilə gələcək nəsillərə nümunə olan xalqın qəhrəmanlarının millət vəkilinin fəaliyyətinə dəyər verməsi isə xüsusi qürurvericidir.
“Azərbaycan Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinə göstərdiyi diqqətə görə minnətdarlığımı ifadə edirəm”.
Ruhiyyə