Hacıqabul sakinindən müvafiq sənədləri olmayan ov silahı götürülüb
Tarix: 9-12-2021, 09:55
Newscenter.az.9.12.2021. Hacıqabul rayon sakinində müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ)əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəncbər kənd sakini İlqar Qəhrəmanovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.
Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.
Mehman