Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Media konfransı keçirilib-FOTOLAR



Newscenter.az.9.12.2021. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mühəndislər birliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramının maliyyə dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “from Start to Smart” layihəsinin media konfransı həyata keçirilib.

“from Start to Smart” - gənclər və qadınlar arasında kiçik və orta biznesin, startapların inkişafına yönəlməklə yanaşı, su ilə bağlı problemlərin innovativ həllini prioritet götürən sahibkarlığa dəstək layihəsidir. Gənclər və qadınlar arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyinin çatdırılması, regionlarda su problemlərinə innovativ həll yollarının tapılması və yeni iş imkanlarının yaradılması layihənin məqsədlərini təşkil edir.

Newscenter.az xəbər verir ki, 5 dekabr tarixində final mərasimi həyata keçirilən, “from Start to Smart” layihəsinin 8 dekabr tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri müavini Firdovsi Əliyev,Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Seyidzadə, “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin meneceri Talifa İsgəndərli və “from Start to Smart” layihəsinin qalibləri ilə birgə media konfransı təşkil edilib.

Konfransın açılışı, “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin meneceri Talifa İsgəndərlinin çıxışı ilə başlayıb. Davamında, “from Start to Smart” layihəsinin 9 aylıq hesabat videoçarxı və təqdimatı göstərilib. Təqdimatdan sonra, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri müavini Firdovsi Əliyev , Azərbaycanda olan su problemləri barədə, eyni zamanda “from Start to Smart” layihəsi haqqında fikirlərini qeyd edib. Davamında, Azərbaycan Respublikasının Milli Məclisinin depuutatı Şahin Seyidzadə, xüsusilə bu sahədə olan sahibkarlığın əhəmiyyətindən, həm gənclərin, xüsusilə gənc sahibkarların bu sahədə olan, yarana biləcək probləmlərin öhdəsindən ən yaxşı gəlinə biləcəyini öz çıxışında qeyd edib.

Çıxışlardan sonra, “from Start to Smart” layihəsinin 17000 AZN-lik investisiya fondunun qalibləri; Gül Əliyeva (WaWave), Ceyhun Qasımzadə (WaterSavers), Bəhruz İbrahimov (CaspiNet), layihələri, planları barədə məkumat vermiş, mükafata görə tərəfdaş və təşkilatçılara təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda, qonaq və iştirakçılar ilə birgə xatirə fotosu çəkilib.
Xəbəri paylaş