Newscenter.az.9.12.2021. Nizami rayonu, C.Naxçıvanski küçəsi 49, 51, 53, 55, 59 saylı, Rüstəmov küçəsi 13a, 21a, 74 saylı, M.Abbasov küçəsi 21, 23, 43 saylı, K.Balakişiyev küçəsi 48 saylı, Ordubadi küçəsi 12,14 saylı, və yüzlərlə binada istilik sistemlərinin bərpa edilməsi üçün maliyyə vəsaitinin ayrılmasına ehtiyac var.
Newscenter.az xəbər verir ki, bu barədə Nizami rayonundan seçilmiş millət vəkili Könül Nurullayeva məlumat verib. Onun sözlərinə görə, daxil olmuş çoxsaylı müraciətlər əsasında Nizami rayonunda mövcud olan binalarda istilik sistemlərinin bərpa edilməsi üçün “Azəristiliktəchizat” ASC-yə son illlər ərzində müxtəlif vaxtlarda dəfələrlə müraciətlər edilmiş, hər dəfə verilən cavablarda maliyyə təminatının olmaması səbəbindən təmir-bərpa işlərinin növbəti investisiya proqramında nəzərə alınacağı bildirilib. Lakin növbəti investisiya proqramının zamanı haqqında heç bir məlumat verilmir.
K.Nurullayeva Nizami rayonunda məskunlaşan əhalinin əksəriyyətinin köhnə binalarda yaşamaqla fərdi istilik sistemi çəkəcək vəsaitə malik olmadığını xatırladıb: “Bir mənzilin istilik sistemi (kombi) ilə təmin olunması bir neçə yüz manatdan iki min manatadək vəsait tələb edir. Eyni zamanda mövcud qaz tarifləri ilə kombi istifadə etmək sakinlərin imkanları xaricindədir. Nəzərə alsaq ki, Nizami rayonunda təqribən 50 min ailə təsərrüfatı yaşayır və onların bir çoxunun kombi işlətməyə sadəcə imkanı yoxdur”.
Ruhiyyə