Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOS: Ölkədə dini sektalara yönləndiriİən uşaqların sayı elə də az deyil-Hüquqşünas həyəcan təbili çalır



Newscenter.az.9.12.2021. "Uşaqlar din altında müxtəlif bəhanələrlə orta məktəblərdən uzaqlaşdırılır və dini ayın, mərasimlərə qatılırlar. Bu, təkcə islam dini ilə bağlı məsələ deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, məktəbyaşlı uşaqların müxtəlif təriqət və sektaların təlimlərinə cəlb edilməsi hallarına rast gəlmək mümkündür:

"Uşaqların dini sektalara cəlbi problemi artıq ölkənin ayrı-ayrı regionlarında deyil, bütün Azərbaycanda mövcuddur. Vəziyyət onu göstərir ki, dini sektalara yönləndirlən uşaqların sayı elə də az deyil. Dini sektaların olduğu bölgələrdə uşaqların onlara cəlbi riski hələ də var. Dini sektalara, əsasən, keçid dövrünü yaşayan 14-18 yaşlı uşaqlar cəlb edilir. Onlar ailədə qayğı görməyən, iradəsi zəif olan, ünsiyyətə olan tələbatlarını ailədə tapa bilməyən, psixoloji travma ilə üzləşən, eyni zamanda sosial vəziyyəti aşağı olan ailələrin uşaqları olurlar. Onları bu sektalara yaşca böyük olan insanlar, gənclər cəlb edirlər".

Əli İbrahimov hesab edir ki, uşaqları inkişaf etdirmək üçün idmana və s. məşğuliyyətə yönləndirmək əvəzinə, zorakılıq törətməyə yönləndirmək çox təəssüfedicidir:

"Cox təəssüf ki, bu gün bəzi ailələrdə erkən nikah, təhsildən yayınma və uşaqları digər mənfi hallara cəlb etmə prosesləri davam edir. Bu uşaqlar gələcəyin əsgəri, həkimi, hakimi, biznesmeni və s.-dir. Bu gün biz bu uşaqlara hansı məlumatlara çatdırsaq, onlar gələcək nəsillərə də onu çatdıracaqlar. Bu faktların qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir, ilk növbədə, yerlərdə uşaqların təhsilə cəlb edilməsi üçün işlər gücləndirilməli, uşaqlarını, xüsusilə qız uşaqlarını təhsilə cəlb etməyən valideynlər məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda uşağını dini etiqada görə təhsildən yayınmağa məcbur edən valideynlər məsuliyyətə cəlb edilməlidir. Bu işə həm polis, həm yerli icra hakimiyyəti orqanları, həm də təhsil müəssisələri cəlb edilməlidir".

NEWSCENTER.AZ
Xəbəri paylaş