Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 1 109 nəfər koronavirusa yoluxub



Newscenter.az.10.12.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 109 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 602 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 573 034 nəfər müalicə olunaraq sağalıb, 8 055 nəfər vəfat edib. 21 048 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 532, bu günə qədər isə ümumilikdə 5 655 385 test icra olunub.
Xəbəri paylaş