Newscenter.az.10.12.2021. Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının Türkiyə tərəfindən üzvü Binali Yıldırım Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının (BTA) qonağı olub.
Newscenter.az Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, Qazaxıstana iki günlük səfərə gələn qonağı Akademiya prezidenti Darxan Kıdırəli və TDT Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov qarşılayıb. Nümayəndə heyəti əvvəlcə BTA-nın yeni binası, buradakı Türk Muzeyi və Türk Kitabxanası ilə tanış olub.
Tərəflər Türk dünyasının inteqrasiyası, humanitar, təhsil və elm sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsindəki mühüm xidmətlərinə görə Binali Yıldırıma “Beynəlxalq Türk Akademiyasının Qızıl medalı” təqdim olunub.
Qeyd edək ki, Binali Yıldırım 2002-ci ildən başlayaraq Türkiyə Cümhuriyyətində nazir, TBMM-nin spikeri, baş nazir və digər mühüm vəzifələrdə çalışıb.
Mehman