Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin mütəxəssisləri üçün növbəti imtahan keçirilib



Newscenter.az. 10.12.2021. Dekabrın 10-da Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti, sayca 17-ci imtahan keçirilib.

Newscenter.az xəbər verir ki, imtahan prosesində Dövlət Gömrük Komitəsinin imtahan komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri də iştirak edib.

DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov çıxış edərək gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsində əsas məqsədin bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə, beynəlxalq standartlara uyğunlaşdırılması olduğunu diqqətə çatdırıb. Baş İdarə rəisi Komitə tərəfindən bugünədək keçirilən imtahanların səmərəli təşkilindən və effektivliyindən söhbət açaraq, iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, ixtisas attestatının əldə edilməsi üçün keçirilən imtahanda gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan 30 şirkətdən 65 nəfər iştirak edib, onlardan 1 nəfər uğurlu nəticə qazanıb.

Sevinc
Xəbəri paylaş