Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Osmanın qızı, sən ermənidən daha təhlükəli düşmənsən

Osmanın qızı, sən ermənidən daha təhlükəli düşmənsən


Newscenter.az.10.12.2021. Bütün abırını-ismətini, milli qürurunu itirib ayaqlar altına atdıqdan sonra da danışmağa dil, efirə çıxmağa sifət tapa bilən hər fəsildə sifət dəyişmək məharəti olan, «Tereza ana» obrazına girən, guya hamıya köməkilik etmək istəyən bu vətənşüvən, ermənilərlə qanı qarışıq olan Sevinc Osmanqızı uzun cəfəngiyyatının qısa xülasəsini bunlarla ifadə etdi: ."Osmanqızı" kanalına qoşulan şəxs "...kaş ki, Paşinyan bizim prezidentimiz olaydı" söyləyir, hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı isə “kaş, kaş” deyə, bu fikrə şərik çıxır...

O videokadra sonuna qədər baxmağa nə başım, nə də qulaqlarım bu sərsəmləmələri daha artıq qəbul edə bilmədi.Mən bu yazını YAP üzvü kimi deyil, iqtidar-müxalifət kimi də deyil,bir Azərbaycan vətəndaşı kimi yazıram.Cünki bu gün üzvü olduğumuz partiyadan,dəstəklədiyimiz hakimiyyətdən asılı olmayaraq əsl vətəndaşlıq missiyamız xalqdır, Qarabağdır, Vətəndir, Azərbaycandır!

Axı Paşinyan kimdir?

Azərbaycanla danışıqlarda, qapalı görüşlərdə öhdəlik götürüb, sonra sözündən qaçan, vəd verib, yerinə yetirməyən, söz verib, “sənəddə yoxdur ki! imza atmamışam ki!” əxlaqsızlığı ilə siyasi prosesləri gərginləşdirən simasız, yalançı, saxtakar və etibarsız biri;

“Qarabağ Ermənistandır və nöqtə” deyə bağıran işğalçı;

“Yeni ərazilər uğrunda yeni müharibə” deyə özündən qəhrəman obrazı yaratmağa çalışan çaqqal;

2018-ci ildə hakimiyyətə gələrkən Azərbaycandan vaxt alıb, sonra İlham Əliyevi aldatdığını sanan tüllab...

Şəhidlərimizin ruhundan çənməyən bu məxluqa insan yox, şərəf və ləyaqətini ayaq altına salan rəzil qadın deyirəm. Bu, o rəzil qadındır ki, atası Osmanı 30 il əvvəl qətlə yetirən insanların öz "lideri" olması arzusundadır.Sevinc kimi milli satqınların vasitəsilə tarix boyu bizə qarşı düşmənçilik etmiş bir xalqın quldur liderlərinə - paşinyanlara, köçəryanlara, serj sərksiyanlara qarşı rəğbət hissi bu cür məkrli üsullarla formalaşdırılır. 44 günlük Vətən müharibəsinin gedişində Gəncəyə, Bərdəyə, Tərtərə, Mingəçevirə və başqa ərazilərimizə raket zərbələrinin endirilməsi əmrini verən, onlarla dinc vətəndaşımızın qətlə yetirilməsinə baiskar olan bir qatil Sevinc Osmanqızının ağzından cəmiyyətimizə “ideal lider” obrazında təqdim olunur.

Sevinc Osmanqızı!

"İdeal lider" in Paşinyanın fürsəti olmadı növbəti Xocalı faciəsini törətsin. Amma buna cəhd göstərdi, bunun üçün hər şey etdi – yoxsa müharibə zonasından 100 km kənarda yerləşən ərazilərə, Gəncəyə gecə vaxtı, insanlar yatarkən ballistik raket zərbəsi endirmək əmrini necə vermək olar? Xocalıda qətl edilənlərin, bu yurd üçün şəhid olanların, gözüyaşlı anaların, cəsədləri parça patça dağıntı altından cıxan körpələrin,yalnız türk olduğu üçün min işgəncə ilə öldürülənlərin ruhundan qorxmursanmı?

Bu ifadəni demək ücün gərək yaradılışın fərqli ola, gərək vicdanın ruhunda deyil, cibində yerləşə.Mübarizənin də əxlaqi normaları və qaydaları var. Siyasətlə məşğul olanlar hər cür yüksək parametlərinə görə seçilməli, etalon olmalıdırlar.Radikal müxalifət bu gün özünü siyasətdən kənarda qoyaraq ən alçaq, qeyri etik üsullardan istifadə edir.Oğru ilə satqının vətəni olmur və belələrindən vasitə kimi istifadə edilir.

Bir də təəccüblü də deyil. Çünki Sevinc Osmanqızından belə «yüksək mənəvi dəyərlərlə» bağlı həssaslıq gözləmək sadəlövhlük olardı. Çünki adından soyad kimi istifadə etdiyi şəhid atasının ruhundan xəcalət çəkməyən bir rəzil reallıqları anlamaz....

Yox,Osmanın qızı!!!!

Sən müxalif deyilsən, düşmənsən və ermənidən daha təhlükəli düşmənsən! Çünki “özümüzküsən”...

Məncə, bu, artıq sondur: insan milli kimlik, şərəf, ləyaqət baxımından bitəndə və əxlaqsızlığın dibində olanda bu sözü işlədə bilər..
Nə deyək? Seçim onundur. Seçdiyi, arzuladığı “prezident”iylə birgə həmişə gülərüz və xoşbəxt olsun!

Onun “moizələrinin” daimi izləyicilərinə şəfa diləyirəm.

Aygül Bağırova-YAP fəalı
Xəbəri paylaş