Newscenter.az.10.12.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlıq subyektlərinin qeydiyyatı və sahibkarlarla işin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən nümunəvi müəssisələrin müəyyənləşdirilməsi məqsədilə müvafiq sahələr üzrə fəaliyyət göstərən sahibkarların həmin müəssisələrə təcrübə səfərlərini təşkil edir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, bir neçə ictimai iaşə müəssisəsi nümayəndələrinin iştirakı ilə AQTA əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, 2-ci köndələn küçəsi 2 ünvanında yerləşən, fiziki şəxs Bayramlı Salman Kamal oğluna məxsus toyuq dönərinin ilkin emalı müəssisəsinə, Yasamal rayonu, Şərifzadə küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Kazımov İlqar Orucəli oğluna məxsus “Doneretto” və Xətai rayonu, Süleyman Vəzirov küç., ev 2 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus “Adana” ictimai iaşə obyektlərinə, həmçinin Binə qəsəbəsində fəaliyyət göstərən, “Nürəddinoğlu” MMC-yə məxsus iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsinə, Suraxanı rayonunda fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Abdullaya məxsus ev quşlarının kəsim sexinə təcrübə səfəri təşkil olunub, görülən işlər, göstərilən xidmətlərlə yaxından tanış olunub, qida təhlükəsizliyi ilə bağlı maarifləndirici söhbətlər və təcrübə mübadiləsi aparılıb.
Sevinc