Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüş keçirilib



Newscenter.az.11.12.2021. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məsul şəxsləri ilə Bakı şəhərində ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri rəhbərlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına edilmiş dəyişikliklər, monitorinqlər zamanı aşkar olunmuş pozuntular və onların qarşısının alınması istiqamətində görülməli tədbirlər barədə ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlara ətraflı məlumat verilib. Eyni zamanda qəbul olunmuş qərarlara əsasən, COVID-19-a qarşı vaksinasiya işlərinin aparılması yoluxmanın və baş verə biləcək fəsadların minimuma endirilməsi ilə nəticələnəcəyi qeyd edilib.

Görüşdə şadlıq evləri və restoranlarda keçiriləcək qarşıdan gələn Yeni il şənliklərinin Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən təşkil olunması istiqamətində müəssisə rəhbərlərinə göstərişlər verilib.

Sonda ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdə qeyd olunan məsələlər bir daha diqqətə çatdırılıb. Sahibkarlıq subyektlərinin rəhbərləri tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Sevinc
Xəbəri paylaş