Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub-VİDEO



Newscenter.az.11.12.2021. Hərbi Dəniz Qüvvələrinin “Dəniz təməl komando kursu”nun növbəti heyətinin buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

HDQ-nin hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Azərbaycan Ordusunun tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələri ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsində rəşadətlə iştirak edərək bir daha sübut etdi ki, təcrübəli hərbçilərimiz dənizdə olduğu kimi quruda da mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə qadirdirlər.

Qardaş Türkiyədən gələn peşəkar təlimatçıların cəlb olunduğu kursun yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdikləri dəstəyə görə HDQ komandanı türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların davam etdiriləcəyi qeyd edilib.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xəbəri paylaş