Newscenter.az.11.12.2021. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinləri də aldığı rəsmi dövlət maaşlarla milyonlarla mala-mülkə, şirkətlərə sahib olmaöı bacarıblar. Nazir və nazir müavinlərinin bu bacarığının arxasında nəyin dayandığı isə Azərbaycan cəmiyyətinə məlumatlı deyil.
FHN şefinin çoxlu sayda mülk, şirkətlərə malik olan müavinlərindən biri də Orucəli Hacıyevdir. Orucəli Hacıyevin oğlu Elvin Hacıyevin atasının hesabına milyonlara, restoranlar şəbəkəsinə, şirkətlərə sahib olduğu deyilir.
Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən Orucəli Hacıyevin oğlunun obyektlərinin siyahısını təqdim edir:
"BOL SÜFRƏ" Məhdu Məsuliyyətli Cəmiyyəti (2010-cu ildə Bakı şəhəri, Nizami rayonu, Abbas Səhhət, ev 73 ünvanında hüquqi qeydiyyatdan keçib)
"BABYLON-GROUP" MMC (2012-ci ildən Bakı şəhəri, Səbail rayonu, Böyük Qala, ev 39, m. 7/8 ünvanında hüquqi qeydiyyatdadır)
"BABYLON AQRO" MMC
"BT PROJECT" MMC (2014-cü ildə Səbail rayonu, Böyük Qala, ev 39, m. 7/8 ünvanında hüquqi qeydiyyata alınıb).
"APİ DELTA GROUP" MMC (2013-cü ildə Qax rayonu, Ləkit kəndində hüquqi qeydiyyata alınıb).
Bakınən Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən istixana ("BOL SÜFRƏ" MMC);
Qax rayonunda 2000 arı ailəsindən ibarət Arıçılıq təsərrüfatı və Bal Evi ("Api Delta Group);
Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət Nərə və sazan balığı yetişdirmə ("Babylon Agro");
SULTANAHMET KÖFTECİSİ - Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 ("Babylon Group");
SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) - ("Babylon Group");
SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) - "Babylon Group");
"Babylon Group" eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib.
"Babylon Group" həmçinin Caspian Business Mərkəzində və Kaspi Litseyində katering xidməti göstərir.
Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı ("BT Project" MMC).
Bakının "Torqovıy" kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI ("Babylon Group")
TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir.
Jurnalist onu da bildirib ki, nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dollar aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
Elvin Hacıyev özünü film industriyasında da sınamağa çalışıb. "Sudan", "3 Otaq", "T of Generation", "Zərdüşt belə deyərdi" kimi qısa metrajlı film ve serialları hazırlayan
Babylon Film (ABŞ-da yaşayan rejissor Orxan Ata ve "Babylon Invest" tərəfindən yaradılıb.
Elvin Hacıyev bir dəfə müsahibəsində bildirib ki, restoran biznesi onun öz təşəbbüsü ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" ailəsindən gələn layihələrdir. Yəni bu biznes birbaşa Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev aiddir.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
NEWSCENTER.AZ