Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ömrünü xalqına bağişlayan lider



Newscenter.az.11.12.2021. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri saysaq buna günlər belə çatmaz. O, yaşadığı bütün şərəfli həyatı boyu xalqını dərin məhəbbətlə sevmiş, istənilən dönəmlərdə ona xidmət etmişdir. Heydər Əliyevin həyatdan getməsi də onun təkrarsız həyat yolunun məntiqi nəticəsi idi. Dünyaya gələn hər bir insanın bir gün bu dünyadan köçməsi təbiətin qaçılmaz qanunudur. Amma Heydər Əlyev bunu da özünəməxsus, qeyri-adi etdi. O, özünün əsəri olan C.Naxçıvanski adına hərbi məktəbin müdavimləri qarşısında çıxış edərkən iki dəfə ürək krizi keçirdi. Amma özünü toparlayıb ayağa qalxdı və çıxışını tam başa vurdu. “Qoy çaylarınız qurumasın, ağaclarınız kəsilməsin”,-deyərək xalqı, milləti, bu dünyası ilə vidalaşdı.

O kadrları göz yaşları ilə izləyən milyonlarla insanlardan biri kimi, mənim üçün də bu çıxış - qu quşunun vida nəğməsi idi. Bəli, bu, Heydər Əliyevin vida çıxışı oldu. O, ölümün gözünə dik baxıb qorxmadan, sınmadan yaşadığı şərəfli həyat yolunu belə mərdanə başa vuraraq vidalaşırdı. Bu, sadəcə, sözün bitdiyi, heç bir şərhə ehtiyacın olmadığı məqam, anlar idi…

Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub deyirdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək".

Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi. Ulu Öndərin “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik” siyasi fəlsəfəsində “Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi” məntiqi var.

Torpağın nurla dolsun, Böyük Öndər, siyasi varisin, qanın-nəfəsin, səsin-davranışın, eynən bənzərin olan Prezident İlham Əliyev 2020-ci ilin sentyabrında Azərbaycanda qismən səfərbərlik elan etdi və sanki hər birimizdə dünəndən ünvanladığınız kəlamınızı öz qətiyyətli cəsarəti ilə oyatdı. Ulu Öndərin “Dünya bilməlidir, o cümlədən Ermənistan bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir qarışını da heç kəsə verməyəciyik!” hökmündə “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!” əmri Şuşaya yolumuzu, amalımız “Qarabağ Azərbaycandır” nidasi ilə Qarabağa xalqımızı qovuşdurdu.

Heydər Əliyev daim yaşayan müasirimiz, Azərbaycan dövlətinin qurucusu, milli dövlətciliyimizin əsasını qoyan dahi, böyük dövlət xadimi, müdrik insandır. Haqlı olaraq deyilir, nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Yurdumuzun hər bucağında onun izi, ürəklərdə xatirəsi, dildə-ağızda isə söz-söhbəti yaşayır. Qoy Ulu Öndərimizin ruhu şad olsun. Çünki bu gün Heydər Əliyevin bizə qoyub getdiyi Azərbaycan çox möhkəm və etibarlı əllərdədir...

Aygül Bağırova-YAP fəalı
Xəbəri paylaş