Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə edilib



Newscenter.az.11.12.2021. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qubada maarifləndirmə tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusuna həsr olunan, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği, məzhəbçilik və dini təəssübkeşlik meyillərinə qarşı maarifləndirmə işlərinin aparılması məqsədilə təşkil edilən seminarı giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov tədbirin əhəmiyyətinə diqqət çəkib.

Rayonun idarə və müəssisələrində, təhsil, səhiyyə ocaqlarında çalışan qadınların qatıldığı seminarda çıxış edən Komitənin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, DQİDK-nın əməkdaşı Aysel Abdullayeva mövzuya müxtəlif aspektlərdən yanaşaraq fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər. Məruzələr multikultural dəyərlərin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycanın tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə yad dini ideologiyaların sosial media vasitəsilə yayılmasının təhlükəsi, maarifləndirmədə qadınları rolu istiqamətlərini əhatə edib.

Bildirilib ki, Azərbaycanda bütün millətlərin, mehriban və bir-birlərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən biridir. Bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır. Məhz bu səbəbdən Azərbaycan xalqının sahib olduğu multikultural dəyərləri və tolerantlıq ənənələrini qorumalı və gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməliyik. O da vurğulanıb ki, məzhəbçilik və dini təəssübkeşlik meyilləri dini radikalizm və xurafatdan heç də az təhlükə daşımır. Bu kimi mənfi halların baş verməsinə səbəb dini savadlılığın yetərli olmaması ilə əlaqədardır. Sosial şəbəkələrdə məzhəblərarası və konfessiyalararası münasibətlərə zərbə vuracaq təhrikedici materialların sayının gündən-günə artdığını nəzərə alaraq, sözügedən risklərdən qorunmaq üçün məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməlidir.

Daha sonra DQİDK-nın sifarişi ilə çəkilən və müzakirə edilən mövzuların mahiyyətindən bəhs edən “Dövlət və din”, “Könüllülər hərəkatı və dini icmalar”, “Din və sosial media” adlı videoçarxlar nümayiş olunub. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mehman
Xəbəri paylaş