Newscenter.az.11.12.2021. Qusar Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini, ona məxsus ərzaq mağazasından qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Əlişirin Cabbarov və Abdulla Xanbutov saxlanılıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin axşam saatlarında sözü gedən mağazaya girərək oradan 120 manat pul, ümumilikdə 96 manat dəyərində kontur və spirtli içki oğurladıqları müəyyən edilib.
Faktla bağlı Qusar RPŞ-nin araşdırma aparılır.
Mehman