Siyəzəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlandı
Tarix: 11-12-2021, 13:43
Newscenter.az.11.12.2021. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Siyəzən rayon sakini Habil Əliyev COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Mehman