Newscenter.az.11.12.2021. Başa çatmaqda olan ilin Xalqımızın, dövlətimizin və dövlətçiliyimizin tarixində önəmli yeri olan dekabr ayında Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ümumşəhər iməciliyi keçirilib.
Newscenter.az xəbər verir ki, bununla əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabr ayının 11-də səhər saatlarından etibarən şəhərdə kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı sanitar tədbirləri həyata keçirilib.
Gün ərzində şəhərin prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası həyata keçirilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.
Yevlax şəhər Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən parklar, ictimai yaşayış binalarının girişləri, zibil qutuları və urnalar dezinfeksiya edilib və digər qurumlar tərəfindən lazımı işlər həyata keçirilib.
Həmçinin Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib, gül kolları əkilib
Yevlax sakinləri qalib və xoşbəxt Azərbaycanın qürurlu vətəndaşları olaraq yeni ili təmiz şəhərlə qarşılamağa hazırlaşır.
Mehman