Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər tərəfindən keçirilən konfransda Ulu Öndər Heydər Əliyev yad edilib-FOTOLAR



Newscenter.az.12.12.2021. Dekabrın 12-də Azərbaycan - Fransız Universitetində tələbələr və gənc fəalların təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev İrsi və Azərbaycan Gəncliyi” mövsuzunda konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, konfransı giriş sözü ilə açan UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərini vurğulayaraq, hazırda onun layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd edib.

Azərbaycan Respublikasıın birinci baş naziri Həsən Həsənov 44 günlük Vətən müharibəsində Müzəffər Ali baş komandanın rəhbərliyi ilə qazanılan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbəmizi məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin möhkəmləndirdiyi gənclər siyasətinin məntiqi nəticəsi adlandıraraq, Ümummilli liderin miras qoyduğu zəngin dövlətçilik təcrübəsinin davamlı surətdə öyrənilməsi və gənc nəsilə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Milli Məcilisin deputatı Vüqar İskəndərov çıxışı zamanı cəmiyyətimizdə vətəninə, dövlətinə və xalqına bağlı gənclərin yetişdiyini və daim diqqət mərkəzində saxlandığını, bu məqsədlə ömrünü Azərbaycan xalqının firavan gələcəyinə həsr edən əbədiyaşar liderin zəngin irsinin gənc nəsil arasında təbliğinə xüsusi önəm verildiyini deyib və konfransın əhəmiyyətindən bəhs edib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev ölkənin müstəqilliyi və tərəqqisi naminə Ulu Öndərin zəngin, titanik və çoxşaxəli fəaliyyətindən, xilaskarlıq missiyasından, milli maraqlarımıza uyğun müdrik və uzaqgörən siyasətindən, güclü siyasi iradəyə, yüksək intellektə, böyük əzmkarlığa və unikal liderlik keyfiyyətlərinə malik olmasından, ölkəmizin davamlı inkişafında və tarixi qələbəsində Heydər Əliyevin zəngin irsininin misilsiz əhəmiyyətindən bəhs edib, 44 günlük Vətən müharibəsində qazanılan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbəmizdə məhz Ulu Öndər Heydər Əliyevin nəsihətləri və Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yetişmiş gənclərin əsas rol oynadığını qeyd edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli çıxışında dahi şəxsiyyətin əziz xatirəsinin daim xalqımızın, o cümlədən gənclərin qəlbində yaşayacağını bildirərək, Ümummilli liderin miras qoyduğu zəngin dövlətçilik təcrübəsinin davamlı surətdə tələbələr tərəfindən öyrənilməsi və nəsildən-nəsilə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O, müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib.

Konfrans iştirakçılar tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi ilə yekunlaşıb.

Sevinc
Xəbəri paylaş