Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb



Newscenter.az.12.12.2021. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Quba rayonu Çartəpə kəndinin sakini Toğrul Orucovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Mehman
Xəbəri paylaş