Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlarda gənclər Heydər Əliyevin əziz xatirəsini yad edib



Newscenter.az.12.12.2021. Müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin vəfatından 18 il ötür.

Əsas fəaliyyət istiqamətlərindən biri Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aparatı, 54 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin əməkdaşları və gəncləri anım günü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bakıda gənclər Fəxri Xiyabanı ziyarət edərək, Heydər Əliyevin məzarına güllər qoyub, xatirəsini yad ediblər.

Newscenter.az-a Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildirilib ki, regionlarda nümayəndəliklər tərəfindən bir sıra tədbirlər həyata keçirilib. İlk öncə əməkdaşlar və gənclər Heydər Əliyevin rayon mərkəzlərindəki büstünün üzərinə güllər qoyaraq, qalib ölkənin gəncləri olaraq öz dərin sevgi və ehtiramlarını ifadə ediblər.

Nümayəndəliklərdə konfranslar və görüşlər keçirilərək, Ulu Öndərin həyat yolu, fəaliyyəti, gənclər siyasəti haqqında gənclərə məlumat verilib, Heydər Əliyev Mərkəzlərinə ekskursiya və infoturlar təşkil olunub, Heydər Əliyev haqqında çəkilən filmlər nümayiş edilib.

Bundan başqa regionlarda “Ulu Öndər və Azərbaycan gəncliyi” adlı inşa müsabiqəsi, sərgilər təşkil olunub, Heydər Əliyevin siyasi irsini əks etdirən kitablar nümayiş olunub.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Bu gün digər sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçən illər ərzində Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda yeni reallıq formalaşdıraraq, ərazi bütövlüyünü bərpa edən, işğaldan azad olunan ərazilərinin sürətli abadlıq-quruculuq fəaliyyətinə başlayan qalib xalqdır. Gənclər də bu inkişafın bir hissəsi olduqları ilə fəxr edir, fəaliyyətlərini bu sahədə davam etdirməyə hər zaman hazır olduqlarını nümayiş etdirirlər.

Sevinc
Xəbəri paylaş