Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib-FOTOLAR



Newscenter.az.12.12.2021. Respublikanın hər bir şəhər və rayonunda olduğu kimi Yevlax şəhərində də ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Yevlax rayon təşkilatının aparat işçiləri, ziyalılar, idarə, müəssisələr, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, Böyük Öndərin müqəddəs ruhuna öz ehtiramlarını bildiriblər.



Mehman
Xəbəri paylaş