Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA dönərxanada baş verən zəhərlənmə ilə araşdırmaya başladı



Newscenter.az.13.12.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Newscenter.az-a agentlikdən məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - agentlikdən bildirilib.

Qeyd edək ki, dekabrın 12-də “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində kütləvi zəhərlənmə baş verib. Nəticədə 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Onlardan biri evə buraxılıb, 7-nin müalicəsi davam etdirilir.
Xəbəri paylaş