Newscenter.az.14.12.2021. Dekabrın 14-də yerli vaxtla saat 19:31-də Ermənistan ərazisi, Göyçə gölü yaxınlığında zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, yeraltı təkanlar Gədəbəy və Tovuz rayonlarının sərhədə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.